|
Danışıq Klubları
Bir çoxlarımız bu problemlə qarşılaşmışıq – qramatikanı bilirik , söz bazası da az deyil, amma hər dəfə həmin dildə danışmaq imkanı veriləndə danışıq nitqi itir və bir söz belə deyə bilmirik. Belə də olur ki, tanış mühitdə (sinif, qrup və s. ) rahat şəkildə ünsiyyət saxlayırsınız, lakin tanış olmayan mühitdə (məsələn: xaricdə) artıq özünüzü sərbəst hiss etmirsiniz. Bu problemi necə həll etməli ? Əgər xaricə getməyə imkanınız yoxdursa və kursda özünüzü sınayıb, danışmağa başlamağa cəsarətiniz çatmırsa ? Çıxış yolu var – Danışıq klublarında iştirak etmək. |